Con Bolton yenə Trampı tənqid etdi

Con Bolton yenə Trampı tənqid etdi
  03 Avqust 2020    Oxunub:3967
"Düşünürəm ki, Donald Tramp ikinci dəfə seçilməsini təmin edən məsələlərə diqqət ayıran, ABŞ üçün daha yaxşı şeylərə əsaslanmayan mənəviyyatdan uzaq prezidentdir".
Azvision.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton "El Pais" qəzetinə müsahibəsində deyib.

"Mən ona dəfələrlə Koreya yarımadasının 1945-ci ildə bölündüyünü izah etdim, amma o, heç xatırlamadı. Digər hallarda, məsələn, Tereza Meyə "Böyük Britaniya həqiqətən nüvə gücünə sahibdirmi?" deyəndə müdaxilə etmək mümkün deyil. İnsanlar artıq bilirlər ki, o, tarix haqqında az şey bilir və onu öyrənməkdə maraqlı deyil", - deyə Con Bolton Trampı tənqid edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp   Bolton  





Xəbər lenti