Rusiyada daha 5394 nəfər koronavirusa yoluxdu

Rusiyada daha 5394 nəfər koronavirusa yoluxdu
  03 Avqust 2020    Oxunub:3937
Rusiyada son sutka ərzində daha 5394 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların ümumi sayı 856 min 264 nəfərə çatıb.

Ötən gün koronavirusa yoluxmuş 79 nəfər vəfat edib, bununla pandemiya qurbanlarının sayı 14 min 207-yə yüksəlib. İndiyədək xəstəlikdən sağalanların sayı 653 min 593 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti