Bəzi ölkələr koronavirusa qarşı peyvənd almağa başladı

Bəzi ölkələr koronavirusa qarşı peyvənd almağa başladı
  03 Avqust 2020    Oxunub:3902
ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa Birliyi ölkələri 1,3 milyard doza həcmində koronavirus əleyhinə peyvənd alınmasına dair razılığa gəliblər.
Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri "Airfinity" analitik şirkətinin apardığı araşdırmaya istinadən məlumat yayıb.

ABŞ və Böyük Britaniya Sanofi və GlaxoSmithKline Plc, Yaponiya Pfizer şirkəti ilə müqavilə imzalayıb. Avropa ölkələrinin hansı şirkətlə razılığa gəldiyi hələlik açıqlanmayıb.

Beləliklə, yeni növ koronavirusa qarşı vaksinlərin effektivliyinin hələ sübut olunmamasına baxmayaraq, onların xeyli hissəsi artıq zəngin ölkələr tərəfindən rezerv edilib və çox güman ki, sazişlərin sayı artacaq.

Təhlilçilər vaksinin 7,8 milyard insana çatmayacağını və yoxsul ölkələrin son sırada olacağını qeyd ediblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti