Vuçiç Ermənistana silah satışını etiraf etdi

Vuçiç Ermənistana silah satışını etiraf etdi
  03 Avqust 2020    Oxunub:4734
Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Ermənistana silah satışı "ölkənin hərbi sənayesinin xilas edilməsi" məqsədi daşıyır.
Azvision.az xəbər verir ki, Vuçiç bu barədə mətbuat konfransında Serbiya tərəfindən işğalçı ölkəyə satılan, son günlər böyük rezonans doğuran və rəsmi Bakının kəskin qınağına səbəb olan silahlar barədə suala cavab verərkən deyib.

Prezident silah satışının hərbi istehsalın inkişafı üçün yeganə seçim olduğunu bildirib.

"Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Hərbi sənayedə iş yerlərini qorumalı olan 17 min insan çalışır. Sizdən prinsip etibarilə soruşuram: gələcəkdə kimə satacağıq? Kimə satsaq da, mütləq digər tərəf narazı olacaq".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Serbiya  





Xəbər lenti