Ukraynada son sutkada 990 yoluxma aşkarlandı

Ukraynada son sutkada 990 yoluxma aşkarlandı
  03 Avqust 2020    Oxunub:3674
Ukraynada son sutka ərzində 990 nəfər COVID-19 virusuna yoluxub, 13 pasiyent vəfat edib, 333 nəfər sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 73 min 158 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 1738 nəfərdir. İndiyədək 39 876 xəstə sağalıb.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti