“Nəinki KTMT, heç kim bizi ciddiyə almır” - Şarmazanov

   “Nəinki KTMT, heç kim bizi ciddiyə almır” -  Şarmazanov
  03 Avqust 2020    Oxunub:4712
Baş nazir Nikol Paşinyan Ermənistanla Rusiya arasındakı münasibətləri tamamilə korlayıb və sıfıra endirib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sabiq vitse-spikeri, Respublika partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib.
O xatırladıb ki, 2018-ci ilin avqustunda Nikol Paşinyan İrəvan ilə Moskva arasındakı münasibətlərin heç vaxt belə "parlaq" olmadığını bildirmişdi.

"Parlaq dediyiniz budurmu? Baş nazirin bacarıqsız siyasəti ilə yalnız KTMT-də deyil, hər yerdə kənarda qalmışıq. Heç kim bizi ciddiyə almır. KTMT-nin nüfuzuna zərbə vurduğunuzda bunun nəticələri barədə düşünmədinizmi? Təkəbbürlə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun uyğunlaşmalı olduğunu bildirdiniz. Siz ki, cəsarətli və müstəqil idiniz? Bunların hamısı hara getdi?", - deyə Şarmazanov qeyd edib.

O, 2015-ci ildə Ermənistanla Azərbaycan arasında Tovuz istiqamətində vəziyyətin gərginləşdiyini xatırladaraq, onda Nikolay Bordyuja ilə təmsil olunan KTMT rəhbərliyinin reaksiyasının fərqli olduğunu vurğulayıb.

Şarmazanov, Paşinyanın Rusiyanın "RBC" telekanalına müsahibəsində səsləndirdiyi fikirləri də tənqid edib.

“Xüsusilə Paşinyan bəyan etdi ki, Rusiya diqqəti Ermənistandakı müəyyən siyasi xadimlərə deyil, xalqa yönəltməli olduğunu başa düşməlidir. Bu ifadələr mənasız, boş və nağıl kimi görünür, çünki ölkələr arasında münasibətlərin qurulması təkcə xalqlardan deyil, həm də siyasi elitanın mövqeyindən və üstünlüklərindən, həmçinin apardığı siyasətdən asılıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti