Keçmiş Roma Papası ağır xəstəliyə tutuldu
Həkimlər ona qızıl yel xəstəliyi diaqnozu qoyublar. Romaya qayıtdıqdan sonra 93 yaşlı XVI Benedikt xəstə yatağına düşüb. Xəstəlik şiddətli ağrı ilə müşayiət olunur.
Qeyd edək ki, XVI Benedikt iyun ayında Almaniyaya böyük qardaşı, 96 yaşlı keşiş Georq Ratsinqeri ziyarətə gedib. Onun qardaşı daha sonra vəfat edib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: XVIBenedikt