ÜST Vyetnamı nümunə göstərdi

  03 Avqust 2020    Oxunub : 3928
ÜST Vyetnamı nümunə göstərdi
Ümumdünya Səhiyyə (ÜST) Təşkilatının Təcili Xəstəliklər Birliyinin texniki qrupunun rəhbəri Maria Van Kerxov koronavirusla mübarizədə Vyetnamı digər ölkələrə nümunə göstərib.
Azvision.az -ın məlumatına görə, ÜST nümayəndəsi bildirib ki, Vyetnam bu məsələdə böyük təcrübəyə sahibdir.

"Tez və hərtərəfli fəaliyyət göstərirlər. Virusun yayılmasını nəzarət altına almağa kömək edə biləcək bir sistem var. Bunu bütün ölkələrdə görməliyik".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan isə qeyd edib ki, bu ölkədə virusdan ölüm sayı çox aşağıdır.

"Çox aşağı bir yük və ölüm dərəcəsi yaşayan ölkə olaraq, bunun üçün fürsət buraxmırlar. Yayılmanın böyük vüsət almaması üçün mümkün olan hər şeyi edirlər".

Daha əvvəl məlum olub ki, Vyetnamda yeni növ koronavirusun yayılma ocağına çevrilən Dananqın səlahiyyətliləri şəhərin bütün əhalisini koronavirus testindən keçirmək niyyətindədir. Bu da təxminən 1,1 milyon insan deməkdir.

İyulun 31-də Vyetnamda pandemiyadan ilk ölüm halı qeydə alınıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ÜST