Belarus səfiri Rusiya XİN-ə çağırıldı
Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko Belarus səfiri ilə ikitərəfli münasibətləri və Minskdə saxlanılan rusların vəziyyətini müzakirə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Belarusun paytaxtı Minskdə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 30-dan çox əməkdaşı saxlanılıb və onlara cinayət işi açılıb. Saxlanılan şəxslər kütləvi iğtişaşlar törətməyi planlaşdırmaqda günahlandırılır.
Azvision.az