Tramp Əfqanıstandakı hərbçilərin sayını azaldır

Tramp Əfqanıstandakı hərbçilərin sayını azaldır
  04 Avqust 2020    Oxunub:2323
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi qulluqçularının sayını tezliklə dörd minə qədər azaldacaq.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp hərbçilərin sayının dəqiq nə zaman azaldılacağını açıqlamayıb.

"Çox qısa bir müddət ərzində biz səkkiz minə, daha sonra dörd minə endirəcəyik. Hazırda danışıqlar aparırıq",- deyə Tramp bildirib.

Jurnalistlərin ABŞ-da noyabr seçkiləri zamanı Əfqanıstandakı hərbi kontingentin sayının nə qədər olacağı barədə sualına Tramp "ehtimal ki, 4 -5 min arasında olacaq", - deyə cavab verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti