Ermənistanda əsgər ölümləri araşdırılacaq

 Ermənistanda əsgər ölümləri araşdırılacaq
  04 Avqust 2020    Oxunub:2993
Ermənistanda qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların cinayət işləri yenidən araşdırılacaq.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan qeyri-döyüş şəraitində ölən hərbçilərin cinayət işlərinin araşdırılması ilə bağlı işçi qrupun yaradılması barədə qərar verib.

Xatırladaq ki, bu ilin əvvəlində Ermənistan ordusunda onlarla hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb. Bu səbəbdən Nikol Paşinyan orduda kadr dəyişikliyinə başlayıb.

Fevralın 19-da baş nazirin təklifi ilə Ermənistan prezidenti Armen Sarkisyan Hərbi Polis İdarəsinin rəisi Artur Bağdasaryanı və silahlı qüvvələrin Mənəvi və Psixoloji Dəstək İdarəsinin rəisi Aleksan Aleksanyanı istefaya göndərib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti