“Kapital Bank”dan yenilik
İlk növbədə, müştəri şəxsi və biznes məlumatlarını qeyd edib, tələb olunan sənədlərin elektron versiyasını portala yükləməlidir. Daha sonra, müştəri “ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə videomüsahibədən keçməlidir. Proses müqavilənin, rekvizitlərin və “Müştəri Bank” sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrənin müştərinin elektron ünvanına göndərilməsi ilə yekunlaşır. Həmçinin yaxın zamanda fiziki şəxslər üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Kapital-Bank