Yaponiyada itlər koronavirusa yoluxdu

Yaponiyada itlər koronavirusa yoluxdu
  04 Avqust 2020    Oxunub:4105
Yaponiyada ilk dəfə iki itdə koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilib ki, itlər ev heyvanlarının qayğısına qalan Anicom şirkətinin xüsusi proqramı çərçivəsində test ediliblər. Onların vəziyyəti yaxşıdır, səhhətlərində pisləşmə müşahidə edilməyib.

ÜST bildirib ki, hazırda infeksiyanın heyvandan insana keçməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, itlərin sahibləri də koronavirusa yoluxub. Hazırda müalicə alırlar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya  





Xəbər lenti