Almaniyada koronavirusun yeni dalğası başladı

Almaniyada koronavirusun yeni dalğası başladı
  04 Avqust 2020    Oxunub:3294
Almaniyada koronavirusun ikinci dalğasının başladığı elan olunub.
Azvision.az "RİA Novosti"yə xəbər verir ki, Marburger Bund həkimləri birliyinin rəhbəri Susanne Yonanın sözlərinə görə, Almaniyada koronavirus epidemiyasının ikinci dalğası artıq başlayıb.

Buna baxmayaraq, ölkə üzrə xəstəxanalarda ilk dalğadan fərqli olaraq, COVID-19 xəstələri üçün daha az çarpayı ayırılacaq.

"Biz artıq ikinci dalğanın ilkin mərhələsindəyik, cüzi artım var", - deyən S.Yonanın fikrincə, hər hansısa ehtiyatsızlıq Almaniyada virusla mübarizədə əldə dilmiş uğurları boşa çıxara bilər.

Yona maska ​​taxmaq və gigiyena qaydalarına riayət etməyin zəruriliyini qeyd edərək insanları təhlükəsizlik standartlarına əməl etməyə çağırıb. O, maska ​​taxmağın əleyhdarlarını avtomobildə kəmər taxmaq istəməyənlərlə müqayisə edib və bildirib ki, kəmər kimi maska ​da ​həyatı xilas edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   koronavirus  





Xəbər lenti