Hindistanda son sutkada 52 min yoluxma olub

Hindistanda son sutkada 52 min yoluxma olub
  04 Avqust 2020    Oxunub:3009
Hindistanda son sutka ərzində 52 050 nəfər koronavirusa yoluxub, 803 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1 855 746 nəfərə çatıb, indiyədək 8 938 pasiyent pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Hindistan   virus  





Xəbər lenti