Monteneqro Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı

Monteneqro Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı
  04 Avqust 2020    Oxunub:4668
Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası (NKT) Azərbaycanı epidemioloji təhlükəsiz ölkələrin "yaşıl siyahısı"na daxil edib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Azərbaycanla yanaşı Rusiya da həmin siyahıya salınıb. Belə ki, bu ölkələrin vətəndaşlarına COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya girməyə icazə verilir.
1 iyun tarixindən etibarən Monteneqro hakimiyyəti ölkəyə xüsusi giriş meyarlarını tətbiq edib. Bu qaydalara əsasən, 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlanır.

Daha sonra Avropa İttifaqı ölkələrinin çoxunun və daha 40 ölkənin vətəndaşlarının daxil olduğu “yaşıl ölkələr”in siyahısı müəyyələşib. Həmçinin, PCR testi nəticəsinə ehtiyacı olan "sarı ölkələr" siyahısı hazırlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Monteneqro  





Xəbər lenti