Palata büdcə zərfindəki dəyişikliklərə rəy verdi

Palata büdcə zərfindəki dəyişikliklərə rəy verdi
  04 Avqust 2020    Oxunub:3898
Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutub.
Palatadan Azvision.az -a verilən məlumata görə, iclasda ““Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə”, ““Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyləri müzakirə edilib.

Kollegiyada Hesablama Palatasının Rəylərinin Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Azvision.az


Teqlər: Hesablama-Palatası   Rəy  





Xəbər lenti