“Koronavirusun vurduğu ziyanın miqyası çox böyükdür” - Samir Şərifov
Onun sözlərinə görə, pandemiyanın vurduğu zərərlərdən qaçmaq üçün dövlət büdcəsində dəyişikliklərin edilməsinə ehtiyac duyulur.
Nazir bildirib ki, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub: "Bu il tətbiq olunan karantin rejimi ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri proqnozlaşdırılandan da yaxşı səviyyədə yerinə yetirilib. Qeyd olunmalıdır ki, birinci yarım ildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarım ildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır”.
Azvision.az
Teqlər: Maliyyə-naziri Samir-Şərifov