Makedoniyalı yarımmüdafiəçi Bakı klubunda

Makedoniyalı yarımmüdafiəçi Bakı klubunda
  05 Avqust 2020    Oxunub:11568
Bakının “Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib.
Azvision.az kluba istinadən xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. O, 2020/2021-ci il mövsümünün sonunadək “Səbail”in formasını geyinəcək.

Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedoniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.

Azvision.az


Teqlər: Səbail  





Xəbər lenti