Pandemiya qurbanlarının sayı 700 mini keçdi

  04 Avqust 2020    Oxunub : 3338
 Pandemiya qurbanlarının sayı 700 mini keçdi
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, koronavirusa yoluxma sayı 18 milyon 580 min 90, pandemiya qurbanlarının sayı 700 min 569 nəfərə çatıb.

İndiyədək 11 milyon 787 min 637 insan xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Pandemiya   Koronavirus