Beyrutdakı partlayışda ölənlərin sayı 78 nəfərə çatıb

  05 Avqust 2020    Oxunub : 1691
Beyrutdakı partlayışda ölənlərin sayı 78 nəfərə çatıb
Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə zamanı dörd mindən çox insan yaralanıb.

Eyni zamanda, itkin düşmüş insanların sayının çox olması səbəbindən ölənlərin artacağı gözləyir. Çökən binaların dağıntıları altından cəsədlərin çıxarılması davam edir.

Xatırladaq ki, dünən axşam saatlarında Beyrutun liman bölgəsində güclü partlayış baş verib. Şəhərdəki binaların yarısına ziyan dəyib, xəstəxanalar yaralı insanlarla dolub.

Livanın Baş naziri Həsən Diyab partlayışa limanda 2 il müddətində 2750 ton ammonium nitratının düzgün saxlanmamasının səbəb olduğunu deyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Beyrut