Tramp Beyrutdakı partlayışı “dəhşətli hücum” adlandırdı

Tramp Beyrutdakı partlayışı “dəhşətli hücum” adlandırdı
  05 Avqust 2020    Oxunub:2420
ABŞ Prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda baş vermiş hadisəni "dəhşətli hücum" adlandırıb.
Azvision.az xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında Amerika lideri Livan xalqına başsağlığı verib.

Tramp deyib ki, amerikalı generallar Beyruta hücum olduğunu düşünür: "Bəzi generallarımızla görüşdüm. Onlar da belə düşünürlər. Bu, istehsal partlayışı kimi deyil. Onlar bunu bir növ hücum adlandırırlar”.

Onun sözlərinə görə, ABŞ hərbçiləri partlayışın mahiyyəti barədə məlumatlara əsasən bu nəticəyə gəliblər.

Qeyd edək ki, avqustun 4-də Beyrutda liman bölgəsində güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 78 nəfər ölüb, 4 minə yaxın yaralı var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Beyrut  





Xəbər lenti