Çində COVID-19-a yeni yoluxmalar aşkarlandı

  05 Avqust 2020    Oxunub : 1422
Çində COVID-19-a yeni yoluxmalar aşkarlandı
Çində son sutka ərzində 27 aktiv və 24 asimptomatik koronavirus daşıyıcısı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, Sincan Uyğur Muxtar Bölgəsində 22 aktiv yoluxma aşkarlanıb. Digər yoluxanlar isə xaricdən gələnlərdir. Hazırda Çində 810 aktiv koronavirus xəstəsi var.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Çin