Rusiyadan Lukaşenkonun “yanğın” xəbərdarlığına cavab

Rusiyadan Lukaşenkonun “yanğın” xəbərdarlığına cavab
  05 Avqust 2020    Oxunub:2075
Rusiya Dövlət Duması Belarus Prezidenti Aleksandr Lukaşenkonun "Vladivostoka qədər yanğın"la bağlı açıqlamasına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, Lukaşenko xalqa müraciəti zamanı Rusiya ilə bağlı dəhşətli heç nə deməyib.

"Bir qrup saxlanılan şəxslə bağlı onun ifadələrinə gəlincə, hesab edirəm ki, təhqiramiz bir şey deyilməyib".

Onun sözlərinə görə, Belarus Prezidentinin ölkədə sabitliyi pozmaq üçün bir qrup şəxsin göndərilməsinə dair çıxışı əsassız bəyanatdır və Rusiya Belarusda sabitliyin pozulmasında maraqlı deyil.

Qeyd edək ki, Lukaşenko xalqa müraciəti zamanı Belarusda sabitliyin pozulacağı və inqilab baş verəcəyi təqdirdə Vladivostoka qədər yanğının başlayacağını deyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   Rusiya  





Xəbər lenti