Gürcüstanda gündəlik yoluxma sayı yenə artdı

  05 Avqust 2020    Oxunub : 1550
Gürcüstanda gündəlik yoluxma sayı yenə artdı
Gürcüstanda son sutka ərzində daha 15 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1197-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 974 pasiyent sağalıb, 17 nəfər dünyasını dəyişib. Hazırda karantində 7006, stasionar nəzarətdə isə 294 nəfər saxlanılır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan   virus