Livanda ölənlərin sayı 100-ü keçdi

Livanda ölənlərin sayı 100-ü keçdi
  05 Avqust 2020    Oxunub:2299
Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri keçib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı dörd mindən çox insan yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, dünən axşam saatlarında Beyrutun liman bölgəsində güclü partlayış baş verib. Ölkənin Baş naziri Həsən Diyab partlayışa 2750 ton ammonium nitratının düzgün saxlanılmamasının səbəb olduğunu deyib.

Azvision.az


Teqlər: Livan   Partlayış  





Xəbər lenti