Rusiyada bir gündə 5204 nəfər koronavirusa yoluxdu

  05 Avqust 2020    Oxunub : 2318
Rusiyada bir gündə 5204 nəfər koronavirusa yoluxdu
Rusiyada son sutka ərzində 5204 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə ümumi yoluxma sayı 866 627 nəfərə yüksəlib.

Koronavirus qurbanlarının sayı 139 nəfər artaraq 14 490-a çatıb. İndiyədək 669 026 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   Yoluxma