SEPAH zabitini öldürən şəxs edam edildi

  05 Avqust 2020    Oxunub : 2329
SEPAH zabitini öldürən şəxs edam edildi
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun zabitini öldürən, 2017-2018-ci illərdə keçirilən qış etirazlarının iştirakçısı Mustafa Saleh edam edilib.
Azvision.az xəbər verir ki, bu barədə İranın “Mizan” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Mustafa Saleh korpusun əməkdaşı Sacad Şah Sanaini öldürüb. Edam hökmü bu gün icra edilib.

Xatırladaq ki, 2017-ci il dekabrın sonu - 2018-ci ilin əvvəlində İranda hökumət əleyhinə etiraz aksiyaları keçirilib. Polislə toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, 20 nəfər həlak olub. İğtişaşlarda iştirak etdiklərinə görə 450-dən çox şəxs həbs edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran