Əvvəlki illərdən bağlı qalan 241 cinayətin üstü açılıb
Bildirilib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam etmiş, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,5 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5%-i ağır və xüsusilə ağır növlər təşkil edib.
Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, cinayətlərin açılması 82,1% təşkil edib.
Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş, 103 cinayətkar qrup zərərsizləşdirilib.
Azvision.az
Teqlər: Baş-Prokruror