Niderland səfirinin xanımı partlayışda ağır yaralanıb

Niderland səfirinin xanımı partlayışda ağır yaralanıb
  05 Avqust 2020    Oxunub:2680
Niderlandın Livandakı səfirinin həyat yoldaşı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində ağır yaralanıb.
Azvision.az "Reurters"ə istinadən xəbər verir ki, bu barədə Niderland XİN məlumat yayıb.

Səfirin həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

XİN-in açıqlamasında qeyd olunub ki, diplomatik korpusun daha dörd əməkdaşı yaralanıb, səfirliyin binasına ciddi ziyan dəyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Niderland  





Xəbər lenti