Türkiyədə gündəlik yoluxma sayı yenidən artdı

 Türkiyədə gündəlik yoluxma sayı yenidən artdı
  06 Avqust 2020    Oxunub:3490
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1178 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5784, virusa yoluxanlar isə 236 min 112 nəfərə çatıb.

Türkiyədə indiyədək 219 min 506 pasiyent (son sutkada 1015 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti