Bir gündə 5116 nəfər koronavirusdan ölüb

 Bir gündə 5116 nəfər koronavirusdan ölüb
  06 Avqust 2020    Oxunub:4358
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, son sutka ərzində 206 min 709 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 5116 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 18 milyon 842 min 749, pandemiya qurbanlarının sayı isə 707 min 346 nəfərə çatıb.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti