Lukaşenko oğlunu prezident postunda görmək istəmir

Lukaşenko oğlunu prezident postunda görmək istəmir
  06 Avqust 2020    Oxunub:2763
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, oğlu Nikolay müxalif ruhlu insandır.
Azvision.az xəbər verir ki, bunu Ukraynalı jurnalist Dmitri Qordon Lukaşenko ilə müsahibədən sonra deyib.

Qordonun sözlərinə görə, 16 yaşlı Nikolay atası ilə müxtəlif ölkələrə səyahət edərkən və bir çox dövlət başçıları ilə ünsiyyət qurarkən öz dünyagörüşünü formalaşdırıb.

"O (Nikolay) ümumiyyətlə, hakimiyyətə münasibətdə müxalifdir", - deyə jurnalist "Ukrayna 24" telekanalının efirində bildirib.

Qordonun sözlərinə görə, Lukaşenko qəti şəkildə oğlunu prezident postunda görməyi arzulamır, onun sakit həyat yaşamasını istəyir.

Jurnalist əlavə edib ki, bütün buraxılışlarını izlədiyi verilişə müsahibə verməyi məhz Nikolay atasından xahiş edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   Lukaşenko  





Xəbər lenti