Ukraynada daha 1318 nəfər COVID-19-a yoluxdu

Ukraynada daha 1318 nəfər COVID-19-a yoluxdu
  06 Avqust 2020    Oxunub:3014
Ukraynada son sutka ərzində 1318 nəfər COVID-19 virusuna yoluxub, 31 pasiyent vəfat edib, 997 nəfər sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 76 808 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 1819 nəfərdir. İndiyədək 42 524 xəstə sağalıb.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti