Avtobus sahiblərinə xəbərdarlıq edildi
Mövcud pandemiya şəraitində karantin rejimi qaydalarının pozulması ilə nəticələnən hərəkətlərə yol verən həmin daşıyıcılar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Toplanan materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim olunacaq.
Bildirilib ki, nəzarət tədbirləri davamlı olaraq aparılacaq, xüsusi ilə mövcud pandemiya şəraitində vətəndaşlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etməyən daşıyıcılara qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcək.
Azvision.az
Teqlər: BNA Xəbərdarlıq