Finlandiya yenidən səyahətləri dayandırır

  06 Avqust 2020    Oxunub : 2481
Finlandiya yenidən səyahətləri dayandırır
Finlandiya hökuməti koronavirusla bağlı əlverişsiz epidemioloji vəziyyətə görə avqustun 10-dan etibarən Niderland, Belçika və Andorra ilə yenidən hərəkət məhdudiyyətləri tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, Finlandiya hökuməti turizm üçün tövsiyə olunan ölkələrin siyahısını yenidən nəzərdən keçirib.

Finlandiyanın turizm üçün icazə verdiyi ölkələrdə koronavirusun yayılması son 14 gündə 100 min əhaliyə səkkiz haldan çox olmamalıdır.

"Avqustun 6-da keçirilən iclasda hökumət Niderland, Belçika, Andorra ilə sərhəddə yenidən məhdudiyyətlər tətbiq etməyi qərara alıb. Buna səbəb həmin ölkələrdə koronavirusa yoluxma hallarının artmasıdır. Məhdudiyyətlər 10 avqust tarixindən qüvvəyə minir", - deyə məlumatda deyilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Finlandiya