Britaniyada COVID-19-a yoluxma yenidən artdı

Britaniyada COVID-19-a yoluxma yenidən artdı
  07 Avqust 2020    Oxunub:3374
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 950 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 308 min 134, xəstəlikdən ölənlərin sayı isə 46 min 413 nəfərə çatıb.

Son günlər ölkədə yoluxma hallarında artım müşahidə edilir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti