Tramp “WeChat”ı qadağan edən sərəncam imzaladı

Tramp “WeChat”ı qadağan edən sərəncam imzaladı
  07 Avqust 2020    Oxunub:2544
ABŞ Prezidenti Donald Tramp Çinin "WeChat” mobil tətbiqetmə proqramının təhdidləri əleyhinə sərəncam imzalayıb .
Azvision.az xəbər verir ki, sənəddə mobil tətbiqetmə ilə əlaqəli əməliyyatları başa çatdırmaq üçün 45 gün vaxt nəzərdə tutulub.

Sərəncam imzalandıqdan 45 gün sonra “WeChat”la əlaqəli istənilən əməliyyatı qadağan edir.

Xatırladaq ki, “WeChat” Çin rabitə sənayesinin nəhəngi “Tencent Holdings” tərəfindən hazırlanan mesajlaşma, sosial media və elektron ödəniş proqramıdır. İstifadəçilərinin sayı 1 milyarddan çoxdur.

Tramp “WeChat”ı ABŞ-dakı şəxslərə və şirkətlərə qarşı casusluq, şantaj və onları izləməyə imkan verə biləcək məlumatlar toplamaqda günahlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti