Çində koronavirusa yeni yoluxmalar aşkarlandı

Çində koronavirusa yeni yoluxmalar aşkarlandı
  07 Avqust 2020    Oxunub:1914
Çində son sutka ərzində 37 aktiv və 14 asimptomatik koronavirus daşıyıcısı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, Sincan Uyğur Muxtar Bölgəsində 26, Pekində 1 aktiv yoluxma aşkarlanıb. Hazırda ölkədə xaricdən gələn 10 aktiv, 4 asimptomatik xəstə var.

Son məlumatlara görə, pandemiyanın başlanğıcından bu günə qədər virusa yoluxan insanların ümumi sayı 84 565 nəfər olub, 4634 xəstə dünyasını dəyişib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti