Beyrut limanının direktoru saxlanıldı

 Beyrut limanının direktoru saxlanıldı
  07 Avqust 2020    Oxunub:2831
Beyrut limanının direktoru Hasan Koreytem 4 avqustda baş vermiş güclü partlayışa görə tutulan 16 nəfərin arasındadır.
Azvision.az xəbər verir ki, bu barədə Livanın “LBC” telekanalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb.

Koreytem daha əvvəl partlayıcı maddələrin limanda saxlandığını bildiyini, lakin onların bu qədər təhlükəli olduğunu təsəvvür etmədiyini deyib.

O, həmçinin qeyd edib ki, liman xidməti 2014-cü ildən bəri bir neçə dəfə məhkəmə orqanlarına təhlükəli malların olması barədə bildiriş göndərsə də, onlarla necə davranacaqları barədə cavab almayıb.

Telekanalın məlumatına görə, liman direktoru saxlanılan 16 şübhəli arasındadır və onun ölkədən kənara çıxmasına qadağa qoyulub.

Xatırladaq ki, Beyrutda baş vermiş güclü partlayışda 149 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Livanın Baş Naziri Həsən Diab partlayışa 2750 ton ammonium nitratının düzgün saxlanılmamasının səbəb olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Livan   Liman   Beyrut  





Xəbər lenti