Ukraynada 1852 pasiyent virusdan öldü

Ukraynada 1852 pasiyent virusdan öldü
  07 Avqust 2020    Oxunub:1862
Ukraynada son sutka ərzində 1453 nəfər COVID-19 virusuna yoluxub, 33 pasiyent vəfat edib, 531 nəfər sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 78 261 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 1852 nəfərdir. İndiyədək 43 055 xəstə sağalıb.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  





Xəbər lenti