Braziliyada COVID-19-dan ölüm sayı 100 minə çatır

  07 Avqust 2020    Oxunub : 1996
Braziliyada COVID-19-dan ölüm sayı 100 minə çatır
Braziliyada son sutka ərzində 1237 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı 98 min 493-ə çatıb. Yoluxma sayı 53 min 139 nəfər artaraq 2 milyon 912 min 212-yə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Brazilya   virus