Ermənistanın baş qərargah rəisindən selfi qadağası

  07 Avqust 2020    Oxunub : 2171
Ermənistanın baş qərargah rəisindən selfi qadağası
2016-cı ilin aprel döyüşlərindən fərqli olaraq, bu il ictimaiyyət Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı vəzifəli şəxslərin əsgərlərlə selfi şəkdirməsinin şahidi olmadı.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, sərhəddəki gərginlikdən sonra bir sıra deputatlar, rəsmilər, iş adamları, tanınmış şəxslər Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyana müraciət edərək sərhəd zolağına getmək istədiklərini bildiriblər, lakin rədd cavabı alıblar.

“Qasparyan açıq şəkildə bildirib ki, Ermənistanda koronavirus epidemiyası ilə əlaqədar vəziyyət təhlükəlidir və sərhədə getmək, əsgərlərlə ünsiyyət məqsədəuyğun deyil. Onlara deyilib ki, bu, orduda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bir cəhddir", - məqalədə vurğulanıb.

Qeyd edək ki, Ermənistan ordusunda koronavirus infeksiyasının geniş şəkildə yayılmasına dair bir sıra ictimai qurumlar, QHT-lər, həmçinin hərbçilərin valideynləri tərəfindən məlumatlar verilib, lakin ölkə hakimiyyəti hər vəchlə yoluxan hərbçilər barədə informasiyaları gizli saxlayır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan