Beyrutda ölənlərin sayı 154 nəfərə çatıb

Beyrutda ölənlərin sayı 154 nəfərə çatıb
  07 Avqust 2020    Oxunub:2873
Livanın paytaxtı Beyrutdakı limanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 154-ə çatıb, 120 nəfərin vəziyyəti ağırdır.
Azvision.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə naziri Hamed Hassan bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 5 min nəfəri keçib. Beyrut limanında və dağılmış ərazilərdə axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata digər ölkələrin xilasediciləri də cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Livan   Beyrut  





Xəbər lenti