“Partlayışda xarici müdaxilə ehtimalı var” - Livan Prezidenti
Azvision.az xəbər verir ki, bu barədə Livanın "MTV" telekanalına ölkə Prezidenti Mişel Aun bildirib. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makrondan partlayışın peyk görüntülərini təqdim etməsini xahiş edib.
Aun qeyd edib ki, araşdırma tez bir zamanda olmalıdır.
“Məhkəmə orqanları çevik fəaliyyət göstərməlidir. Bir çox hökumətin görməzdən gəldiyi faktlar, ammonium nitratının kim tərəfindən yükləndiyi, səhlənkarlığın olub-olmadığı, ammoniumun limana necə girdiyi, partlayıcı maddələrin niyə bir neçə il saxlanıldığı araşdırılmalıdır", - deyə Livan Prezidenti vurğulayıb.
O qeyd edib ki, məsuliyyət dərəcəsi tədricən müəyyənləşdirilməlidir, lakin bu proses vaxt tələb edir.
"Naziri birinci mühakimə etmək olmaz, istintaq gedir və günahkarlar məsuliyyətə cəlb ediləcək, heç kim qorunmayacaq".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: LivanPrezidenti