“Qulaq falında ilk söz əsasdır”

“Qulaq falında ilk söz əsasdır”
  18 Mart 2013    Oxunub:5105
“Gərək hər evdə ancaq yaxşı söz danışıla ki, kiminsə ürəyi qırılmasın”
Sabah ilaxır çərşənbədir. Axır çərşənbə də daha çox fallarla yadda qalır. Xalq arasında isə ən geniş yayılmışı qulaq falıdır. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək

AzVision.az tanınmış astroloq, filologiya üzrə fəlsəfə doktoru Firudun Qurbansoydan qulaq falı ilə bağlı bəzi məqamları öyrənib. F.Qurbansoy bildirib ki, insanlar gələcək arzularının reallaşmasını qabaqcadan öyrənmək üçün bir-bir qapılası busub, yeni söz eşitmək istəyirlər.

“İnsanlar bir-bir qapıları cərgəylə gəzərək, təzə söz eşitmək istəyirlər. Ona görə də gərək hər evdə ancaq yaxşı söz danışıla ki, kiminsə ürəyi qırılmasın. Hər kəs yaxşı söz eşitmək istəyir ki, işləri qaydasında getsin. Ona görə ilaxır çərşənbədə insanlar ürəklərində arzu tutub qapıları pusurlar. Ancaq birinci söz əsasdır. Digər sözlər yox. Adamlar çox vaxt birinci söz xoşuna gəlmirsə, onu kənarlaşdırır və digər sözləri yozurlar. Deyirlər ki, bu mənə aid deyil. “Olacaq ya olmayacaq? Ya ay qız dinc dur yerində, səbr elə” sözlərini eşidirlər. Çox vaxt deyirlər ki, bu mənə aid deyil . Amma elə ilk cümlə, ilk söz əsasdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti