Naxçıvanın büdcəsi: Gəlir və xərclər nə qədərdir?
Qeyd edilib ki, 2020-ci ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 77,1 faizi və ya 44 milyon 97 min 206 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 19 faizi və ya 10 milyon 843 min 852 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,1 faizi və ya 1 milyon 186 min 941 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 1,8 faizi və ya 1 milyon 39min 88 manatı isə digər mənbələr hesabına daxil olub.
2020-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 234 milyon 923 min 413 manat təyinata qarşı 219 milyon 603 min 226 manat və ya 93,5 faiz icra olunub. Büdcə xərcləri mərkəzləşdirilmiş büdcə üzrə 91,4, Naxçıvan şəhəri üzrə 92,4, Şərur rayonu üzrə 98, Babək rayonu üzrə 98,6, Ordubad rayonu üzrə 97,1, Culfa rayonu üzrə 98,1, Şahbuz rayonu üzrə 96,6, Kəngərli rayonu üzrə 97,5, Sədərək rayonu üzrə isə 98,1 faiz icra olunub.
Yarımildə muxtar respublikanın dövlət büdcəsinin icrasında sosialyönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 137 milyon 159 min 26 manat sərf olunub ki, bu da büdcə xərclərinin 62,5 faizini təşkil edib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Naxçıvan Maliyyə-Nazirliyi