Ermənistanda koronavirusa yoluxma sayı 40 mini ötdü

  08 Avqust 2020    Oxunub : 2384
 Ermənistanda koronavirusa yoluxma sayı 40 mini ötdü
Ermənistanda son sutka ərzində daha 200 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 40 185 nəfərə çatıb.

Son sutkada Ermənistanda 8 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 785 nəfər olub.

İndiyədək 32 395 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 228 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan