Hindistanda daha 933 nəfər COVID-19-dan öldü

  08 Avqust 2020    Oxunub : 2597
Hindistanda daha 933 nəfər COVID-19-dan öldü
Hindistanda son sutka ərzində 61 537 nəfər koronavirusa yoluxub, 933 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 2 088 611 nəfərə çatıb, indiyədək 42 518 pasiyent pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan