Kimlərə 250 manat veriləcəyi açıqlandı
Onun sözlərinə görə, ikinci mərhələdə eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub.
“Həmçinin, avqustun 10-a qədər vaxt verilmişdi ki, dəstəyə ehtiyacı olanlar və almayanlar da müraciət etsinlər. Bəzi hallarda vergi ödəyicilərinin qeydiyyat kodunda, fəaliyyət sahəsində problem olduğunu görürük. Onların faktiki fəaliyyəti ilə uçotda göstərdikləri fəaliyyət sahələri üst-üstə düşmür. Onlar məlumatları yoxlasınlar. Səhvlər varsa, düzəltsinlər, çünki alacaqları yardım bundan asılıdır”.
R.Nəcəf bildirib ki, pandemiya dövründə bir sıra xarici investorlarla müzakirələr aparılıb:
“Azərbaycana investisiya yatırmağa maraqlı olan böyük xarici şirkətlər var. Müəyyən gediş-gəlişlə bağlı problemlərə görə layihələrin icra sürəti ləngiyir. Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə inkişafında özəl sektorun rolunu görürük. Xarici investorların fəal şəkildə cəlb olunmasına çalışacağıq”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Brifinq Maliyyə Dəstək